Sərxoş olduğu deyilən müəllimlə bağlı məktəbdən açıqlama -   Video

saytların hazırlanması

Evə çatdırılma

Sərxoş olduğu deyilən müəllimlə bağlı məktəbdən açıqlama - Video

Sosial

12 İyun 2023 10:34 97621


Sosial şəbəkələrdə 179 saylı məktəbin müəllimi olduğu deyilən şəxsin videosu yayılıb. 

Yenisabah.az xəbər verir ki, Binəqədidə yerləşən məktəbin müəllimi də daxil olmaqla, bir qrup qadın sərxoş halda maşını saxlayaraq yolun ortasında rəqs etməyə başlayıblar.

Videodan da göründüyü kimi, onlar avtomobilin qarşısına çıxaraq təhlükəli vəziyyət yaradırlar.  Marqarita pizza

Yenisabah.az-a açıqlamasında 179 saylı tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Tural Hətəmov iddianı təkzib edib.

O, sərxoş xanımın həmin məktəbin müəllimi olmadığını vurğulayıb:

"Həmin görüntülərdəki qırmızı paltarlı xanım Bakı şəhəri 179 nömrəli tam orta məktəbdə müəllimi deyil. Bu, səhv məlumatdır. Müəssisənin işgüzar nüfuzuna xələl gətirən bu məsələ ilə bağlı 43-cü polis bölməsinə də müraciət etmişik. Bizdə olan məlumata görə, Könül adlı həmin xanım heç bir məktəbin müəllimi deyil".

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!