Türkiyəli reper “Blok3” ləqəbi ilə tanınan Hakan Aydın sərxoş və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçi “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza sonradan 4 aya endirilib və 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.
Hakan Aydın İstanbulun Ataşehir rayonunda keçirilən yol polisi yoxlaması zamanı saxlanılıb. Yoxlama zamanı onun 1,14 promil spirtli olduğu və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib. Reperə 23 min 437 türk lirəsi inzibati cərimə tətbiq edilib, idarə etdiyi avtomobil isə yol hərəkətindən kənarlaşdırılıb. Hadisədən sonra H.Aydın barəsində “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə araşdırma başlanıb. İş üzrə sürətli məhkəmə proseduru tətbiq edilib. pizza sifarişi
Nəticədə ona verilən 8 aylıq həbs cəzası 4 aya endirilib. Daha sonra bu cəza 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsinə çevrilib.
Aydan Hacı
Telegram kanalımız