Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı

Dünya

10 Oktyabr 2026 20:51 104


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid adına beynəlxalq hava limanı yaxınlığında partlayış olub, hava limanında sərnişinlərin və əməkdaşların təxliyəsinə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb.

Yəməndə husilərin nəzarətində olan SABA agentliyi isə uçuşların izlənməsi xidmətlərinin məlumatlarına istinadən Ər-Riyad, Dammam və Əbha şəhərlərinin hava limanlarının fəaliyyətinin tamamilə dayandırıldığını bildirib. Marqarita pizza

Agentliyin iddiasına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın aviasiyası husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına da dörd zərbə endirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!