“Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə...”  

saytların hazırlanması

Evə çatdırılma

“Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə...”  

Şou

30 İyul 2024 15:12 775


Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovdan danışıb. 

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, müğənni "Həftənin qonağı" yutub layihəsində aparıcı Ülvira Qarayevanın "Cavanşir Məmmədov niyə çıxıb dedi ki, sevgili olmuşuq" sözlərinə belə cavab verib: 

"Haqq dünyasındadır. Mənə qardaş olub. Uşağıma sevgi etirafı etmişdim, nələr yapışdırdılar mənə. Cavanşir Məmmədov ailəsinə bağlı idi. Elə bir şey olsaydı 30 il dostluğumuz davam edərdi? Mən evsiz olardım? Aramızda elə şey olsaydı heç olmasa birotaqlı ev alardı mənə. Nəsə dilinə gəlib, başqa mənada deyib. İnsanlara bu lazımdır, səs-küy yaransın. Canlı şahid mənəm, sevgili olmamışıq".  Dominos pizza

Qeyd edək ki, C.Məmmədov illər əvvəl açıqlamasında "Firuzə İbadovaya qardaş olmuşam. Sevgili də olmuşuq" sözlərini deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!