“Sevgilim bilir ki, mən hər yerdə də olmalıyam”   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Sevgilim bilir ki, mən hər yerdə də olmalıyam” - Video

Şou

13 Aprel 2023 14:16 1253


Müğənni Mina Hüseyn yeni sevgilisi barədə açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, ifaçı "MTV Maqazin" proqramına Ümrə ziyarətində tanış olduğu sevgilisindən danışıb: 

"Allaha şükür, hər şey yaxşıdır. Xoşbəxtəm. Cəmi bir aydır tanışıq. Ona görə də hələ ağız dolusu danışa bilmirəm.  Toyuqlu pizza

Münasibəti rəsmiləşdirmək hələ tezdir. Biz hələ bir-birimizi tanıyırıq. Ona görə də toy haqqında danışmaq tezdir. Ümumiyyətlə, onun haqqında çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, çox xoşbəxtəm”. 

Mina sevgilisinin ona heç bir qadağa qoymadığını qeyd edib: 

 "Heç bir qadağası yoxdur. Çox gəşəng, sağlam, gözəl düşüncələri olan insandır. Əsas odur ki, məni çox sevir, çox diqqət edir. Ən əsası hörmət edir. O bilir ki, mən müğənniyəm və hər yerdə də olmalıyam. Təbii ki,  hər şey onun nəzarəti altında olur”. 

O, sevgilisi barədə çox danışmaq istəmədiyini, gözdən və nəzərdən ehtiyat etdiyini bildirib. 

Həmin görüntüləri təqdim edirik: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!