Sevinc: “Kişi xəyanətini bağışlayaram, anam da bağışlayıb”

saytların hazırlanması

Evə çatdırılma

Sevinc: “Kişi xəyanətini bağışlayaram, anam da bağışlayıb”

Şou

04 Aprel 2025 13:24 303


Müğənni Sevinc Səfərova kişi xəyanətini bağışlaya bilər.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb:

“Kişi səhv etmək, qadın isə ona göz yummaq üçün yaranıb. Deyəndə ki, kişi xəyanətini bağışlayarsan, bağışlayaram. Çünki anamdan onu görmüşəm. Anam da bağışladığı üçün peşman deyil”. pizza

Atasının anasına xəyanət etdiyini deyən Sevinc ögey bacısından söz açıb:

“Ögey bacımız var, görmürük onu. Amma doğulandan xəbərimiz var. Atam rəhmətə gedəndən sonra o qızla maraqlanıb. Hazırda o, qardaşımın yaşadığı şəhərdədir. Onlar bir-birini görürlər. Heç bir küsülülük yoxdur. Gəlinimiz də onunla görüşüb. Hətta ögey bacımızı görəndə onu bacım Sevilə bənzədib. Amma ona deyirəm ki, unutma ki, sənin iki baldızın var. Bu təbii ki, zarafatdır. Oxşarlığımız var. Anam heç zaman atamın qarşısında çəpər qoymayıb ki, o uşağa baxmayacaqsan”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!