“Sevməmişəm, sevgidən necə oxuyum?“ - Elşad Xose
27 May 2020 21:29
626

“Sevməmişəm, sevgidən necə oxuyum?“ - Elşad Xose

“Mən özümə görə həmişə çalışmışam ki, həyatda yaşadığım şeylərdən oxuyum".

Yenisabah.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “5/5” verilişində qonaq olan repçi Elşad Xose deyib. Repçi aparıcı Zaur Kamalın “Replə nəyi deməyə çalışırsınız” sualına belə cavab verib:

“Mən özümə görə həmişə çalışmışam ki, həyatda yaşadığım şeylərdən oxuyum. Əgər mən sevməmişəmsə, sevgidən necə oxuya bilərəm? Sözsüz ki, özüm sevmədiyim halda maraqlana bilərəm, sevgi necə olur və bunu dinləyicilərə yaxşı formada təqdim edə bilərəm”.

Qeyd edək ki, Elşad rəqqasə Oksana Rəsulova ilə ailəli olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər