Türkiyəli iş adamı və aparıcı Acun Ilıcalının keçmiş arvadı Şeyma Subaşı bu dəfə açıq-saçıq geyimi ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, Şeyma qatıldığı mükafatlandırma gecəsində alt paltarı detallı aşağı belli şalvarı ilə müzakirələrə səbəb olub. Sosial mediada aktiv olan Subaşının üslubu sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Şeyma Subaşı son zamanlar şəxsi həyatı və tərzi ilə tez-tez gündəm olur. Subaşı Acun Ilıcalı ilə evləndikdən sonra misirli milyarder sevgilisi Mohammed Alsaloussi ilə ailə həyatı qurub və tezliklə yenidən boşanıblar. Dominos pizza
Braziliyalı model Marlon Teixeira ilə yeni sevgiyə yelkən açan Şeyma Subaşı sosial mediada böyük əks-səda yaradıb və tərzi ilə gecəyə damğasını vurub. Moda dünyasının diqqətini çəkən Subaşının tərzi “GQ Man of the Year 2024” qala gecəsində zərifliyi ilə həm bəyənilib, həm də tənqid edilib. Subaşının cəsarətli və diqqətçəkən üslubu moda dünyasının ən çox danışılan mövzularından birinə çevrilib.
Əsmətxanım
Telegram kanalımız