Xalq artisti Əbdül Mahmudovun qızı işdən çıxarılıb.
Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə aktyorun özü məlumat yayıb.
O, qızının işdən çıxarılmasını işlədiyi şirkətin bağlanması ilə izah edib: pizza mizza
"Kinoda olduğu kimi, oğlumu axtarırdım, dostumu tapdım. Oğluma iş tapmamış, qızımı da çıxarıblar. Qızım ali təhsilli ingilis dili mütəxəsisidir. Firmada işləyirdi. 2 ay bundan əvvəl şirkətin fəaliyyəti dayanıb. O gündən işləmir".
Qeyd edək ki, bir neçə ay bundan öncə Şeyx Əbdülün oğlu Babək Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işindən çıxarılıb. Xalq artisti oğlunun işdən çıxarılmasına görə nazir Sahil Babayevi ittiham edir.
Telegram kanalımız