Sığorta bazarında ən az yığım edən şirkətlər məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Sığorta bazarında ən az yığım edən şirkətlər məlum oldu

İqtisadiyyat

07 Oktyabr 2026 11:13 70


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladıqları sığorta haqlarının həcmi bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ən az sığorta haqqı toplayan şirkət 5 milyon 204 min manatla “AzSığorta” ASC olub.

Sıralamada növbəti yerləri “İpək Yolu Sığorta” (6 milyon 524 min manat), “Xalq Həyat” (8 milyon 433 min manat), “A-Qroup Sığorta” (10 milyon 640 min manat), “Azərbaycan Sənaye Sığorta” (17 milyon 969 min manat) və “Qala Həyat” (18 milyon 25 min manat) tutub. Sezar pizza

Daha sonra sırası ilə “Xalq Sığorta” (18 milyon 324 min manat), “Aqrar Sığorta” (19 milyon 425 min manat), “Meqa Həyat Sığorta” (20 milyon 34 min manat), “Meqa Sığorta” (24 milyon 115 min manat) və “Qala Sığorta” (41 milyon 696 min manat) qərarlaşıb.

Bazarın ən çox yığım edən şirkətləri sırasına isə “Atəşgah” (58 milyon 764 min manat), “Atəşgah Həyat” (75 milyon 51 min manat), “Paşa Sığorta” (273 milyon 302 min manat) və “Paşa Həyat Sığorta” (517 milyon 884 min manat) daxil olub.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!