Sığorta şirkətləri 8 ayda nə qədər ödəniş edib?

saytların hazırlanması

Evə çatdırılma

Sığorta şirkətləri 8 ayda nə qədər ödəniş edib?

İqtisadiyyat

07 Oktyabr 2026 13:36 60


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən müştərilərə edilən sığorta ödənişlərinin həcmi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə sığorta şirkətləri arasında ödənişin həcminə görə kəskin fərqlər qeydə alınıb. İlin 8 ayı ərzində ən çox ödəniş edən şirkət 477 milyon 193 min manatla “Paşa Həyat Sığorta” ASC olub. Növbəti yerlərdə “Paşa Sığorta” (115 milyon 57 min manat) və “Atəşgah Həyat Sığorta” (80 milyon 405 min manat) qərarlaşıb.

Diqqətçəkən məqamlardan biri odur ki, bəzi şirkətlərin etdiyi ödənişlərin məbləği kifayət qədər aşağı olub. Hesabat dövründə ən az sığorta ödənişi verən şirkət cəmi 274 min manatla “İpəkyolu Sığorta” ASC olub. Sıralamada ən az ödəniş edən digər şirkətlər arasında “AzSığorta” (1 milyon 247 min manat), “Aqrar Sığorta” (1 milyon 708 min manat), “Qala Həyat Sığorta” (3 milyon 271 min manat), “Xalq Həyat Sığorta” (3 milyon 279 min manat) və “Meqa Həyat Sığorta” (4 milyon 278 min manat) yer alıb. pizza hut

Digər sığorta şirkətlərinin ödəniş göstəriciləri isə “Xalq Sığorta” (6 milyon 494 min manat), “A-Qrup Sığorta” (8 milyon 522 min manat), “Meqa Sığorta” (11 milyon 306 min manat), “Azərbaycan Sənaye Sığorta” (12 milyon 334 min manat), “Qala Sığorta” (16 milyon 254 min manat) və “Atəşgah Sığorta” (28 milyon 328 min manat) təşkil edir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!