Türkiyənin məşhur müğənnisi Sıla aşpaz sevgilisi Hazer Amani ilə ailə qurub.
"Yeni Sabah" "Gecce.com"a istinadən bildirir ki, cütlüyün nikahı Sılanın öz evində qıyılıb. Toy mərasimi isə Nişantaşındakı məkanlardan birində baş tutub.
Sadəliyi ilə diqqət çəkən Sılanın gəlinliyini dizayner Özlem Suer hazırlayıb. Sılanın gəlinliyinin qiyməti 4500 manat, “Manolo Blahnik” brendinə məxsus ayaqqabısının qiyməti isə 1759 manatdır. pizza sifarişi
Amani isə toya "Cavall" brendinə məxsus kostyumu ilə qatılıb.
Cütlüyün balayı üçün Romaya gedəcəyi deyilir.





Telegram kanalımız