Silaha xərclənən pulla dünyada aclığa qalib gəlmək olar -   İqtisadçı-ekspert

saytların hazırlanması

Evə çatdırılma

Silaha xərclənən pulla dünyada aclığa qalib gəlmək olar - İqtisadçı-ekspert

Sosial

10 Mart 2021 14:37 1217


“Onurğa əzələlərinin atrofiyası nadir yayılan və çox zaman ölümlə nəticələnən bir xəstəlikdir. Anadangəlmə bu xəstəliyə düçar olmuş körpələrdə iflic, əzələ zəifliyi və hərəkət qabiliyyətinin davamlı olaraq itməsi əsas əlamətlərdəndir. Atrofiyanın 1-ci dərəcəsi ilə doğulmuş uşaqlarda orta ömür müddəti cəmi iki ildir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, ABŞ-ın böyük əczaçılıq şirkəti “Novartis” tərəfindən bu xəstəliyə qarşı çox təsirli dərman – “Zolgensma” kəşf edilib və istehsala başlanılıb: pizza mizza

“Amma dərmanın 1 ampulası 2 mln. 480 min dollardır!  Ağır xəstələrə müxtəlif zaman kəsimində 3 ampula vurulmalıdır, deməli, bir körpənin sağ qalması, sağalması üçün 7,5 mln. dollar lazımdır.

Son tədqiqatlara görə dünyada hər il 10 mindən çox belə körpə doğulur, deməli, bu körpələrin sağ qalması üçün ilə 75 mlrd. dollar pul lazımdı.  Dünyada hər il silaha (tək silaha, müdafiə xərcləri 3 trilyona yaxındır) 500 mlrd. dollara yaxın pul xərclənilir, bu o deməkdir ki, silaha xərclənən pulla dünyada minlərlə körpə xilas etmək, hətta aclığa qalib gəlmək olar. Dünyada bütün ac insanların qarnını doyurmaq üçün ilə 400 mlrd. dollar vəsait lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!