Şimal-Cənub dəhlizinə dair Bakı Bəyannaməsi imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Şimal-Cənub dəhlizinə dair Bakı Bəyannaməsi imzalandı

Sosial

09 Sentyabr 2022 13:05 880


Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan-Rusiya-İran birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Yenisabah.az xəbər verir ki, sənədə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi imzalayıb.

Tərəflər dəhlizin inkişafı kontekstində Azərbaycan, Rusiya və İran ərazilərində nəqliyyat və tranzit məsələlərinin və prosedurların həlli üçün işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb və bir ay ərzində birinci iclasın keçirmək niyyətində olduqlarını bildirib. Sezar pizza

Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmiryol layihəsi üzrə saziş layihəsin hazırlamaq niyyətini bildirib. Sənəddə eyni zamanda İranın Çabahar limanının dəhlizə inteqrasiyası alqışlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!