Şimali Kipr qapıları bağlı saxladı - Yoluxma sayı artır
16 Sen 2020 10:46
154

Şimali Kipr qapıları bağlı saxladı - Yoluxma sayı artır

Şimali Kipr Türk Respublikasının Nazirlər Şurası COVID-19 epidemiyasının artması səbəbilə adaya giriş qadağasının müddətini uzadıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ilk qərar 6 gün əvvəl verilmişdi. Lakin yoluxma sayı artdığı üçün müddətin 20 sentyabradək uzadılması qərara alınıb.

Bildirək ki, ölkənin Nəqliyyat Nazirliyi karantin üçün nəzərdə tutulan yataqxana və hotellərin artıq dolduğunu diqqətə çatdırıb. Həmçinin Şimali Kipr Respublikasından Türkiyəyə olan səfərlərdə heç bir dəyişiklik olmayacağını, uçuşların davam edəcəyini bildiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər