Şimali Koreya lideri Kim Çen In bütov bir şəhəri qapalı zona elan edib.
Yenisabah.az RFA-ya istinadla xəbər verir ki, buna səbəb hərbi geri çəkilmə zamanı 653 güllənin itməsidir.
Martın 7-də Koreya Xalq Ordusunun 7-ci korpusu Çinlə həmsərhəd olan şəhərin ətrafından geri çəkilib. Onlar COVID-19 pandemiyasının başlanğıcında sərhədləri bağlamaq üçün 2020-ci ildə orada yerləşdirilmişdi. Dominos pizza
Təhlükəsizlik qüvvələri təxminən 200 min əhalisi olan Hisan şəhərində ev-ev gəzərək sursat axtarıblar.
Şəhər 653 güllənin hamısı tapılana qədər karantində qalacaq.
Telegram kanalımız