Şimali Koreyadan güc nümayişi: Raket 1000 kilometr uzaqlıqdakı hədəfi vurdu

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyadan güc nümayişi: Raket 1000 kilometr uzaqlıqdakı hədəfi vurdu

Dünya

04 Oktyabr 2026 17:16 88


Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 3-də Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxdığı raket 1 000 kilometr məsafədəki hədəfi dəqiqliklə vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) məlumat yayıb.

Bildirilib ki, sınaq hipersəs silah sistemlərini idarə edən hərbi qulluqçuların hazırlığını yoxlamaq, həmçinin KXDR-nin çəkindirmə vasitələrinin etibarlılığını, effektivliyini və mobilliyini qiymətləndirmək məqsədilə keçirilib. pizza sifarişi

Raketin buraxılışını şəxsən KXDR lideri Kim Çen In izləyib. O, hərbçilərin yüksək peşəkarlıq nümayiş etdirdiklərini və cavab zərbəsi endirməyə daim hazır olduqlarını bildirib.

"Biz düşmənlərə strateji hücum vasitələrimizin etibarlılığını və dağıdıcı gücünü yorulmadan və dəfələrlə nümayiş etdirmək üçün məsuliyyətlə çalışmalıyıq. Bu, çəkindirici qüvvələrin nümayiş etdirilməsi formalarından biridir", - deyə Kim Çen In vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!