Şimali Koreyanın şimal-şərqdə nüvə poliqonu qurmağa hazırlaşdığı və yeni sınaq keçirə biləcəyi açıqlanıb.
Yenisabah.az xəbər verir ki, ABŞ və Cənubi Koreya kəşfiyyat rəsmiləri Şimali Koreyanın Panci poliqonunda yeni nüvə sınaqları keçirməyə hazırlaşdığını aşkar etdiklərini bildiriblər.
Peyk görüntüləri sınaq yerində mart ayından etibarən Tunelin 3-ün girişində yeni qazıntıların aparıldığını və 2018-ci ildə dağıdılan bəzi binaların həmin ərazidə yenidən inşa edildiyini göstərib.
Telegram kanalımız