Şimşək çaxıb, leysan yağıb - Faktiki hava 

saytların hazırlanması

Evə çatdırılma

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava 

Sosial

29 Avqust 2023 17:10 314


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 16:00-a olan məlumatına əsasən Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olub və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!