Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA 

Sosial

07 Aprel 2024 11:42 426


Aprelin 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb. 

Düşən yağıntının miqdarı Şəkidə 25 mm, Oğuzda 23 mm, Gədəbəydə 16 mm, Gəncədə 10 mm, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ, Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan, Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 mm-dək olub.  pizza mizza

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub. 

Havanın maksimal temperaturu İqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!