Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Sosial

17 İyun 2024 11:03 264


İyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.  Dominos pizza

İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!