Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanında iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib.
DİM-dən Yenisabah.az-a bildirilib ki, imtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq. pizza mizza
Qeyd edək ki, sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. İmtahanın müddəti 3 saatdır.
Nəzrin Vahid
Telegram kanalımız