Son vaxtlar sınaq imtahanları ilə bağlı narazılıqlar artır. Əsas narazılıq qiymətlərin yüksək olmasıdır. Həm Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan, həm də özəl hazırlıq kurslarının sınaq imtahanı qiymətlərinin yüksək olması ictimaiyyətlə yanaşı ümumilikdə təhsil mühitinin də etirazına səbəb olur. Özəl kursların əvvəllər 15 manata təklif olunan sınaq imtahanı üçün biletləri artıq 18 manata satılır.
Bəs qiymətlər niyə yüksəkdir? Bu qiymətlər hansı əsaslarla tənzimlənib?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları daha az xərc tələb edir. Toyuqlu pizza
Onun sözlərinə görə, sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur:
“Bilirsiniz, bu gün imtahan bazarında qiyməti tənzimləyən Dövlət İmtahan Mərkəzidir. Təəssüflər olsun ki, 2016-cı ilin aprel ayına qədər 2 manat olan sınaq imtahanları indi 40 manata keçirilir. Qəbul imtahanları isə 50 manatdır. Son 6 ildə qiymətlər 25 dəfədən çox qalxıb. Düzdür, bu müddət ərzində ölkədə elektrik daşıyıcılarının, enerji daşıyıcılarının, kağızın qiymətində artım olub, amma bəzi kurslar bunu fürsətə çeviriblər. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və imtahanların təşkili üçün kifayət qədər böyük məbləğdə vəsait sərf edir, amma hazırda hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarının qiyməti 10 manatı keçə bilməz. Ona görə ki, sınaq imtahanlarının kçirilməsi üçün sualları həmin kursun öz müəllimləri hazırlayır, onlar da yoxlayır. Amma Dövlət İmtahan Mərkəzində bu imtahanlar markerlər, ekspertlər tərəfindən xüsusi proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Bu qiymət artımı təbii ki, alıcılıq qabiliyyətini də aşağı salır. 2016-cı ilin aprelinə qədər sınaq imtahanının elanı çıxanda 10 dəqiqə ərzində 30-40 min bilet satılırdı və yer olmurdu. İndi isə günlərlə, həftələrlə yerlər alınmır. Baxmayaraq ki, sınaq imtahanları qəbul imtahanlarının əsasını təşkil edir”.
Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də ciddi təsir edir:
“2017-2019-cu illər arasında 700 bal toplayanlar 20-30 nəfər olurdu. Çünki həmin abituriyentlər mütəmadi olaraq sınaq imtahanlarına gedirdilər, özlərinin zəif, güclü tərəflərini bilirdilər. Düzdür, ölkədə kağız daşıyıcılarının, kağızların qiyməti artıb, amma bu ümumi qiymətə 80 qəpik – 1 manat 20 qəpik arası təsir göstərə bilir. Abituriyentlər bizim gələcəyimizdir, onların çətin vəziyyətindən sui istifadə etməməliyik. Mövcud sınaq imtahanı qiymətləri kifayət qədər bahadır və aşağı salınmalıdır. Düzdür, özəl qurumları, biznes strukturlarının qiymətlərinə müdaxilə etməz olmaz, amma alternativ kurslardan istifadə etmək lazımdır və bu qiymətlərin aşağı salınmasına gətirib çıxara bilər. Təhsil Nazirliyi digər qurumlarla müqavilə imzalayıb daha ucuz və keyfiyyətli sınaq imtahanları təşkil etməklə bazarda qiymət tənzimlənməsi həyata keçirə bilər”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız