Sinem Ünsal: Adımın belə bir mövzuda hallanmasına görə üzgünəm

saytların hazırlanması

Evə çatdırılma

Sinem Ünsal: Adımın belə bir mövzuda hallanmasına görə üzgünəm

Şou

09 Aprel 2026 14:00 362


“Çəkilişlərə görə Mardindəyəm və yayılan xəbərləri indi öyrəndim. Adımın belə bir mövzu ilə yanaşı hallandırılmasına görə son dərəcə üzgünəm. Lakin bircə həqiqətə inanıram və səlahiyyətli qurumların aparacağı prosesə hörmətlə yanaşıram".

“Yeni Sabah” xəbər verir ki, bunu aktrisa Sinem Ünsal bildirib.

O, İstanbul Prokurorluğunun antinarkotik əməliyyatına bu cür münasibət bildirib. Dominos pizza

Saxlanılanlar arasında bir çox müğənni və kino sənətçi var. Aktrisa Sinem Ünsalın adı axtarılanlar siyahısındadaır.

O, sosial şəbəkədə paylaşım edərək hazırda İstanbulda olmadığını açıqlayıb. Aktrisanın rol aldığı “Uzak Şehir” serialının çəkilişləri üçün Mardində olduğu və yayılan xəbərləri sonradan öyrəndiyini deyib:

"Üzərimə düşən nə varsa yerinə yetirmək üçün ən qısa zamanda İstanbula gələcəyəm”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!