YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Sinif yoldaşını döyən məktəblinin atalığı: “Özüm-özümdən utanıram” -  VİDEO

Sinif yoldaşını döyən məktəblinin atalığı: “Özüm-özümdən utanıram” - VİDEO

Sosial

06 Oktyabr 2022 12:00 16188


"Hər şey bir yana, o ki uşağı dizindən vuraraq yıxır, sonra da qarnına təpik vurur e, onda elə bil mənim ürəyimə tikan batırır".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri sinif yoldaşını döyən məktəblinin atalığı Kamran “AStar” yutub  kanalına danışarkən deyib.

Onun sözlərinə görə, daha əvvəl yaşadıqları Pirşağı qəsəbəsində Elnurun "qaçqınlarla" söz-söhbəti düşüb. Buna görə də döyülüb. İndi isə elədiyi hərəkətdən peşmandır.  Kamran bəy onu da deyir ki, məktəbli günü 30 manat qazancla zavodda hamballıq edirdi, daha sonra məktəbə getmək qərarına gəlib:

"Məktəbə getməyi üçün nə lazım oldusa, alıb verdim. O hərəkətindən sonra güzgüyə baxa bilmirəm. Özüm-özümdən utanıram. Adam elə hərəkət edər?"

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!