Siqaret kötüyünü yerə atan 10 nəfər cərimələndi 

saytların hazırlanması

Evə çatdırılma

Siqaret kötüyünü yerə atan 10 nəfər cərimələndi 

Sosial

28 Noyabr 2023 09:56 531


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarını pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ötən gün şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar. Sezar pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!