“Şirəliyev hesab edir ki, tibb onundur, necə istəyər elə də idarə edər...”

saytların hazırlanması

Evə çatdırılma

“Şirəliyev hesab edir ki, tibb onundur, necə istəyər elə də idarə edər...”

Sosial

13 İyun 2019 14:20 1426


Milli Məclisin deputatı Ağacan Əbiyev Azərbaycan milli komandası Slovakiya biabırçı məğlubiyyətindən sonra açıqlama verib ki, komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Əgər azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlamaya reaksiya verən iqtisadçı Qubad İbadoğlu deyib ki, əgər söhbət Neftçi komandasının uduzmasından gedərdisə, o zaman deputatın mövqeyi ilə razılaşardı: “Amma burda söhbət 3 ardıcıl oyunda uduzan milli komandadan gedir, belə olanda onun açıqlaması nəinki düzgün deyil, həmçinin zərərlidir. 

Əslində, belə açıqlama ölkədə mövcud sistemin idarəçilik təfəkküründən qaynaqlanır, çünki hər kəs məsul olduğu dövlət siyasətini özününkü bilir.  Marqarita pizza

Məsələn, səhiyyə naziri Oqtay Şirəliyev hesab edir ki, tibb onundur, necə istəyər elə də idarə edər, AZAL prezidenti Cahangir Əsgərov hesab edir ki, hava yolları onundur, hara istəyər ora da uçuş xətti açar, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Allahşükür Paşazadə həzrətləri hesab edir ki, islam onundur, bayramları necə istəyər, elə də təyin edər və sairə”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!