“Bank Respublika” bu il əmanət portfelinin 260 mln. manata yaxın hissəsini itirib.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, 2026-cı ilin ilk yarısı üzrə bankın ümumi depozit portfelinin həcmi 1 mlrd. 99 mln. manata bərabər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 19% və ya 257,4 mln. manat azdır. İlin əvvəlində bankın depozit portfelinin cəmi həcmi 1 mlrd. 357,2 mln. manat təşkil etmişdi.
Ən çox azalma “Bank Respublika”nın hüquqi şəxslər üzrə depozit portfelində müşahidə olunub. Şirkətlər 6 ayda bankdan 256 mln. manat vəsaiti geri çəkiblər. Belə ki, bankın hüqiqi şəxslər üzrə depozit portfeli ilin əvvəlində 753,4 mln. manat təşkil edibsə, bu il iyulun 1-nə 497,4 mln. manata qədər enib. Fiziki şəxslər üzrə portfeldə isə cüzi azalma müşahidə olunub. Əhalinin bankdakı əmanətləri 1,4 mln. manat azalaraq 603,7 mln. manatdan 602,3 mln. manata enib. pizza mizza
Ümumilikdə isə bankın cəmi öhdəlikləri bu ilin iyulun 1-nə 2 mlrd. 447,4 mln. təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2% azdır. Bundan əlavə, bankın cəmi aktivləri 0,3% azalaraq 2 mlrd. 717 mln. manata enib.
Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Telegram kanalımız