“Şişirtməyə ehtiyac yoxdur, uşaqları avtomatla qırmayıblar” - Sabiq təhsil naziri

saytların hazırlanması

Evə çatdırılma

“Şişirtməyə ehtiyac yoxdur, uşaqları avtomatla qırmayıblar” - Sabiq təhsil naziri

Sosial

04 Oktyabr 2022 18:35 5869


“Bu məsələnin bu qədər şişirdilməsinə ehtiyac yoxdur. Bu olan şeydir! Hər zaman məktəblərdə belə hallar yaşanıb. İki uşaqdı da. Bunu şişirdib, böyük bir sosial problemə çevirməyin nə mənası var ki, anlamıram. Hər halda yaxşı hadisə deyil”.

Yenisabah.az xəbər verir ki, bunu keçmiş təhsil naziri Firuddin Cəlilov Bakıda şagirdin sinif yoldaşını döyməsinə münasibət bildirərkən deyib. Keçmiş təhsil naziri qeyd edib ki, bunun bu qədər şişirdilməsinə ehtiyac yoxdur:

“Uşaqdı da bir-birilə savaşıb. Bütün məktəblərdə guya hamı bir-birini döyür ki? Bu nadir hadisədir. Təsadüfən məktəbdə olub, küçədə də ola bilərdi. Avtomatla gəlib uşaqları qırmayıblar. Vallah mən başa düşmürəm. Belə şeylər mənim vaxtım da olub, Nikolayın vaxtında da olub, gələcəkdə də  olacaq”./Demokrat.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!