Siyasətçiyə arxa çevirib, meyxanaçının arxasında duranlar -   Şok səbəblər

saytların hazırlanması

Evə çatdırılma

Siyasətçiyə arxa çevirib, meyxanaçının arxasında duranlar - Şok səbəblər

Şou

21 Noyabr 2022 17:28 3685


“Siyasətçilər Azərbaycanda təzə-təzə formalaşanda nüfuzları daha yüksək idi. 90-cı illərdə insanların siyasətçilərə daha çox inamı vardı və onlardan çox şey gözləyirdilər. Sonra proseslər elə davam etdi ki, insanlar gördülər ki, siyasətçilər vəd etdikləri bir çox şeyi edə bilmirlər...”

Bu sözləri Yenisabah.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib. 

Qeyd edək ki, hazırda Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında populyarlıq yarışında siyasətçilər son sıralardadır. Siyasət insanların maraq dairəsində küncə sıxılıb. Şou-biznes nümayəndələri, məşhurların şəxsi həyatı daha çox diqqət mərkəzindədir. Buna əyani misal həbsdə olan meyxanaçı Rəşad Dağlıdır. Onun törətdiyi əməl və istintaqın gedişi ictimai gündəmi zəbt edib. Bir vaxtlar arxasınca minlərlə adamı aparan siyasətçilər piketə belə ardıcıllarını çıxara bilmədikləri halda R. Dağlının fanatları məhkəmə binası qarşısında coşqulu dəstək aksiyası keçirblər. pizza mizza

Siyasətçilərin nüfuzunu itirməsindən danışan Ə. Qəşəmoğlu bunun səbəbini özlərində görür:

“Siyasət adamlarının bir qismi özünü gözdən salan işlər gördü deyə, insanların inamını itirdilər. Digər tərəfdən, siyasətçilərə qarşı təbliğat işləri aparıldı.

Azərbaycanda indi siyasətçilərin insanları cəzbetmə qüvvəsi o qədər də güclü deyil. Çünki onlar insanlarla lazımi kontaktı, dili tapa bilmədilər. Başqa tərəfdən, siyasətçilər bəzi məsələlərlə bağlı toplantı edəndə, insanları çağıranda onlar qorxudan oraya getmirlər. Yəni insanların özündə də siyasi proseslərə biganəlik var, onlar siyasətdən heç nə gözləmir, müəyyən qədər ehtiyat edirlər”.

Ə. Qəşəmoğlu meyxanaçıların siyasətçilərdən daha çox tərəfdar toplamasının səbəbini də açıqlayıb:

“Bu gün meyxanaçılar əhalinin müxtəlif təbəqəsi ilə dil tapa bilib, əlaqələri çoxdur. Cəmiyyətdəki nüfuzları da heç vaxt ciddi tənqid altında olmayıb. 

Meyxanaçılar uzun illər təbliğ olunub. 30 ildir ki, meyxananın geniş təbliği gedir. İnsanları buna alışdırıblar. 

Musiqi elə bir şeydir ki, insanları cəzbetmə qüvvəsi daha çoxdur. Həmişə xanəndəni, meyxanaçını daha çox tanıyırlar, nəinki Azərbaycan üçün ciddi bir iş görmüş alimi və ya siyasətçini. Əvvəla, onların fəaliyyət sahəsinin insanları ələ almaq gücü çoxdur, ona görə daha çox tərəfdar toplaya bilirlər. Amma siyasətçilər bunu edə, bunun öhdəsindən gələ bilmədilər. Çünki siyasətçilər camaatı çox düşündürən məsələləri ön plana çəkmədilər. Kənardan elə mənzərə yarandı ki, onları daha çox hakimiyyətə gəlmək maraqlandırır.

Bununla yanaşı, meyxanaçılar elə mövzuda oxuyur ki, həmin mövzu camaatı daha çox maraqlandırır. Siyasətçilər düşünsəydi ki, bu dəqiqə cəmiyyəti ən çox narahat edən məsələlər hansılardır və o problemlə məşğul olsaydılar, onda bu gün özlərinə tərəfdar tapa bilərdilər. Onlar elə bir ictimai rəy yaratdılar ki, insanlar düşündü ki, onlar deyirlər əvvəlcə hakimiyyətə gələk, sonra problemləri həll edək. Vaxtında problemləri həll edək desəydilər, camaatın da onlara marağı daha çox olardı”.  

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AZƏRBAYCANDA MİLLƏTİN YANINDA OLAN, ONUN TALEYİNİ DÜŞÜNƏN SİYASƏYÇİLƏR YOXDUR.
    3 years ago