Siyasi və mədəni elita eyni masada: Bu fotoda kimlər var? -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Siyasi və mədəni elita eyni masada: Bu fotoda kimlər var? - FOTO

Siyasət

05 May 2026 11:05 307


Bakıda Azərbaycanın görkəmli ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri arasında görüş olub.

“Yeni Sabah” xəbər verir ki, politoloq Ramiz Yunus tanınmışları bir araya gətirən məclisdən foto paylaşıb.

O, fotoya rus dilində qeyd də yazıb: “Bakı - bu səsdə türk qəlbi üçün nə qədər çox duyğu birləşib… Dostlar arasında görüş!”.

Paylaşım qısa zamanda böyük maraq doğurub.

Qeyri-rəsmi xarakter daşıyan və dostluq mühitində baş tutan görüşə ADA Universitetinin rektoru, görkəmli diplomat Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçı, akademik Kamal Abdulla, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq şairi Ramiz Rövşən, Xalq artisti, rejissor Ramiz Mirzoyev, görkəmli alim, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev, Xalq artisti, bəstəkar Cavanşir Quliyev, Xalq artisti, aktyor Məbud Məhərrəmov, Prezident katibliyinin keçmiş rəisi, ictimai-siyasi xadim, politoloq Eldar Namazov, Milli Məclisin deputat Fariz İsmayılov qatılıb.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!