Siyavuş Novruzov dəyişiklik tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov dəyişiklik tələb etdi

Siyasət

10 İyul 2026 13:33 95


"Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanun layihəsində vərəsəlik məsələləri və tətbiq mexanizmləri daha ətraflı tənzimlənməlidir".

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı deyib.

Parlament üzvü əlavə edib ki, torpaqların birləşdirilməsi həyata keçirildikdən sonra gələcəkdə vərəsəlik məsələləri də nəzərə alınmalıdır: Dominos pizza

"Sabah həmin torpaq sahibinin bir neçə varisi ola bilər və nəticə etibarilə valideyndən sonra həmin əmlakın onlar arasında hansı qaydada bölüşdürüləcəyi mülki hüquqda öz əksini tapmalıdır. Almaniya və digər inkişaf etmiş ölkələrin torpaq konsolidasiyası sahəsində təcrübəsi öyrənilməli, bu prosesin necə təşkil olunduğu və davamlı şəkildə həyata keçirildiyi nəzərə alınmalıdır".

S.Novruzov vurğulayıb ki, torpaqların birləşdirilməsi həm ərzaq bolluğunun yaradılmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!