Siyavuş Novruzov “od püskürdü”: “Bu necə sistemdir?”

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov “od püskürdü”: “Bu necə sistemdir?”

Sosial

14 Oktyabr 2022 12:49 2497


Milli Məclisdə müəllimlərin sertifikasiya və işə qəbul imtahanları tənqid edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, ali təhsil müəssisələrini qırmızı diplomla bitirənlər belə işə qəbul üçün yenidən imtahan verməlidirlər:

“Söhbət müəllimlərdən gedir. Universiteti bitirən şəxsdən yenidən imtahan istəyirlər, müəllim attestasiya imtahanı verməlidirlər ki, işləsin. Dördpendirli pizza

Biz müəllimin ali təhsilini qoyuruq kənara, yenidən imtahan edirik. Elm və Təhsil Nazirliyinin komissiyasından keçən şəxsin müəllim işləyib, işləyə bilməyəcəyi müəyyənləşdirilir.

İxtisas artırma olmalıdır ki, müəllim 2 ay oxuyub, ixtisası təkmilləşdirsin. Amma sertifikasiya və digər imtahanlar nəyə lazımdır? Əgər universitetdə yaxşı təhsil verməyiblərsə, müəllimə niyə diplom veriblər?

Hər müəllimin necə savadı olduğunu yaşadığı ərazidəki insanlar bilir. Bir rayonda yaşayan müəllimi başqa yerə işləməyə göndərirlər. Bu necə sistemdir?” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!