Siyavuş Novruzov: Qarabağda kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzov: Qarabağda kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub

Sosial

27 Noyabr 2023 12:08 486


Azad edilmiş ərazilərdə kəndlərin kompaktlaşdırılması nəzərdə tutulub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, həmin kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi də gözlənilir: pizza hut

“Amma kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur".

Komitə sədri diqqətə çatdırıb ki, azad edilən ərazilərdə bərpa quruculuq işləri bu gün də sürətlə davam edir: “2026-cı ilə qədər 150 mindən artıq insan doğma yurduna qayıdacaq”.

Komitə sədri Ağdərə rayonun ləğv edilməsi ilə bağlı tarixə nəzər salıb və qeyd edib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur: “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!