“Siz nazirlikləri qoçuluqda ittiham edirsiniz?...” – Milli Məclisdə gərginlik

saytların hazırlanması

Evə çatdırılma

“Siz nazirlikləri qoçuluqda ittiham edirsiniz?...” – Milli Məclisdə gərginlik

Siyasət

14 Noyabr 2023 16:57 810


Milli Məclisin spikeri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatların iradlarına narazılıq edib.

“Report”un məlumatına görə, sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi barədə nəsə deyilməyib.

“Niyə Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim, bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Razi müəllim, sizə isə tövsiyə edirəm ki, çıxışlarınıza diqqət yetirəsiniz. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz? Qoçuluqda? Danışanda fikirləşin!”, - S.Qafarova əlavə edib.

Qeyd edək ki, parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev bəzi nazirləri qoçuluqda ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!