“Məlumatın sızması nəticəsində internetdə peyda olan Pentaqonun bəzi məxfi sənədləri reallığa uyğun gəlmir”.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb.
“Hamımız gördük ki, sızdırılan bu sənədlərin bəzisi həqiqətə uyğun deyil və möhtəkirlik predmetinə çevrilib. Onların NATO müttəfiqlərinin Ukraynadakı hərəkətlərinə təsir edəcəyini düşünmürəm”. pizza sifarişi
Xatırladaq ki, bir müddət əvvəl Amerika KİV-i Vaşinqton və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına aid məxfi sənədlərin sızması ilə bağlı araşdırmanın başladığı barədə məlumat yayıb.
“Twitter” və “Telegram” sosial şəbəkələrində silahların çatdırılma qrafiki və qoşunların sayı barədə məlumatları açıqlayan çoxlu materiallar yerləşdirilib.
Telegram kanalımız