“Sizə görə mən fahişəyəm“ - Sevgilisindən qaçmış model

saytların hazırlanması

Evə çatdırılma

“Sizə görə mən fahişəyəm“ - Sevgilisindən qaçmış model

Şou

31 May 2023 09:57 1143


2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyeva zorakılığa məruz qaldığını iddia edir.

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat yayıb.

Razi sevgilisi olan şəxsin onu döydüyünü və işgəncə verdiyini bildirib: Sezar pizza

“Ziya adlı “monster”dən qaçdım. Məni buraxmaq istəmirdi, bütün günü əzab verirdi. Günlərlə döyürdü, evdən çıxmağa icazə vermirdi. Bütün bunlar tanımadığım nömrədən mənə mesaj gəldiyinə görə başladı.

Gedirdi, həmin şəxslərlə görüşürdü. Bilirdi ki, hansısa bir əlaqəm yoxdur. Gəlib məndən üzr istəyir, barışırdı. Telefonumu götürüb hamı ilə adımdan yazışırdı. Dəqiqləşdirmək istəyirdi ki, mən ondan başqa kimləsə görüşürəm, ya yox? Sonra bütün yazışmaları silirdi ki, xəbərim olmasın. Bütün şəkillərimi öz telefonuna göndərirdi ki, yaydığı görüntülərlə məni şantaj etsin. Evə bağlayırdı ki, heç yerə çıxmayım. Günlərlə döyürdü! Hədə-qorxu gəlirdi. Ondan qaça bilmirdim, qorxurdum. 

Bütün bu biabırçılıqlara görə heç yerə çıxa bilmirdim. Mənlə görüşə-görüşə başqası ilə gizlicə nikah bağladı, amma mənə 3 dəfə evlilik təklifi etdi. Qaçıb anamın evinə getdim. Qapını qırdı, anama, rəfiqələrimə, mənə hədə-qorxu gəlir. Yerimdə başqa kim olsaydı, özünü öldürmüşdü. İndi bilirsiniz mən nələr yaşayıram?

Əlbəttə ki, çox pisəm. Amma çox xoşbəxtəm ki, o insandan canımı qurtara bildim. Sizin gördükləriniz biabırçılıqdır. Sizə görə mən fahişəyəm. Amma bu, həyatımda yaşadığım ən böyük dəhşətdir. Çox xoşbəxtəm ki, ondan canımı qurtardım. Əgər mənə və ailəmə bir şey olsa, səbəbkar odur. Biz hamımız təhlükədəyik. Evlərimizə gedə, yemək yeyə bilmirik. Məni və ətrafımı ölümlə hədələyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!