“Sizin sərtliyiniz bizi cızığımızdan çıxmağa qoymayıb” - Ədalət Şükürov  + Video
15 Sen 2020 10:58
1103

“Sizin sərtliyiniz bizi cızığımızdan çıxmağa qoymayıb” - Ədalət Şükürov + Video

Bu gündən Azərbaycanda yeni tədris ili başlanır. Sentyabrın 15-dən 165 mindən çox uşaq birinci sinfə qədəm qoyur. Onlar əyani formada təhsil alacaqlar. 

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Ədalət Şükürov da məktəb illərini yada salıb. 

Sosial şəbəkədə görüntülərini paylaşan müğənni müəllimlərinə təşəkkür edib və şagirdləri bilik günü münasibətilə təbrik edib:

“Mən də öz növbəmdə bütün müəllimlərimizi, şagirdlərimizi, tələbələrimizi bilik günü münasibəti ilə təbrik edirəm. Hər nə qədər mövcud vəziyyətlə bağlı fasilələr olacaq olsa da hər birinizə uğurlar arzu edirəm! Əgər mənim müəllimlərim məni görürsə, onlara çox sağ ol demək istəyirəm. Çox sağ olun ki, o vaxt bizi danlayırdınız, sizin sərtliyinin bizi cızığımızdan çıxmağa qoymayıb. Mən fəxr edirəm ki, Sumqayıt şəhər 12 saylı məktəbi bitirmişəm. Mənə elə gəlir ki, mənim məktəbim də fəxr edir ki, mən orada oxumuşam. Bizim cavan dostlarımıza müraciət edirəm, xahiş edirəm ki, heç vaxt müəllimlərinizi unutmayın, onlara hörmət edin və onları harada görsəniz qarşılarında baş əyin”.  

Həmin görüntüləri təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər