SOCAR ABŞ şirkəti ilə müqavilə imzaladı

SOCAR ABŞ şirkəti ilə müqavilə imzaladı

İqtisadiyyat Veb saytların hazırlanması

04 Dekabr 2023 20:41 2925


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Boston Consulting Group” (BCG) şirkəti arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bu müqavilə SOCAR-ın prezidenti Rövşən Nəcəfin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP-28) iştirakı çərçivəsində imzalanıb.

"SOCAR prezidentinin BCG-nin qlobal sədri Riç Lesser ilə görüşündə şirkətlər arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!