ŞOK: Təcili tibbi yardım maşınında Bakıya sərnişin daşınır -  Rəsmi açıqlama+Video
23 Mart 2020 10:20
627

ŞOK: Təcili tibbi yardım maşınında Bakıya sərnişin daşınır - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakıya sərnişin daşımağa cəhd edən təcili tibbi yardım maşınının saxlanmasının görüntüləri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, kadrlarda təcili tibbi yardım maşınının içində sürücüdən əlavə, ən azı dörd nəfərin olduğunu görmək olar.

Yeri gəlmişkən, sürücü polis əməkdaşlarının haqlı suallarına cavab verə bilməyib.

İlk növbədə bəhanə gətirmək istəyən həmin şəxs sonra polisin əmrinə tabe olub. Təcili tibbi yardım maşınında olanlar avtomobili tərk ediblər.

Hadisə ilə bağlı DYP-dən açıqlama verilib. 

“Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:

“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.

Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər