Son 3 gündə 60 000-dən artıq ağac əkilib

saytların hazırlanması

Evə çatdırılma

Son 3 gündə 60 000-dən artıq ağac əkilib

Sosial

02 Noyabr 2022 18:01 918


Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Ağcabədi və İmişli rayonlarında keçirilib, 5 hektar ərazidə 7000-dən artıq müxtəlif cinsli ağac əkilib, 105  kiloqram palıd toxumu səpilib. 

Bu gün meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq, eyni zamanda Şəki, Qəbələ, Şabran, Tovuz, Şəmkir, Göygöl, Sabirabad və Lənkəran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. 

Son üç gün ərzində ölkə üzrə ümumilikdə 66 hektar meşə fondu ərazisində 60 000-dən artıq müxtəlif cinsli ağac əkilib, 3000 kiloqram toxum səpilib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!