“Son danışığımız yadımdan çıxmayacaq” - Xoşbəxt Yusifzadənin qızı

“Son danışığımız yadımdan çıxmayacaq” - Xoşbəxt Yusifzadənin qızı

Sosial Veb saytların hazırlanması

04 Oktyabr 2023 12:23 493


"Mən axşam onunla danışdım. Heç vaxt son danışığımız yadımdan çıxmayacaq".

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu mərhum Xoşbəxt Yusifzadənin qızı Eltac Yusifzadə deyib.

"Onun son sözü "Mən yaxşıyam, narahat olma" oldu. Onun yeri bizim həyatımızda böyük idi. Həmişə onun kimi olmaq istəmişəm. Məndən tələb edirdi ki, yaxşı oxu, yaxşı adam ol", - deyə Eltac Yusifzadə bildirib.

Xatırladaq ki, X. Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!