SON DƏQİQƏ: Azərbaycanda icra başçısı qəzaya düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Azərbaycanda icra başçısı qəzaya düşdü - Foto

Hadisə

13 Noyabr 2022 00:00 1828


Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova məlumat verib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib. pizza hut

Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov xəsarət almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!