SON DƏQİQƏ! İki nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! İki nəfər həbs olundu

Kriminal

19 Oktyabr 2026 08:37 1203


Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir. Toyuqlu pizza

Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!