YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Son dörd gündə meşə fondu torpaqlarında 100 mindən artıq ağac əkilib

Son dörd gündə meşə fondu torpaqlarında 100 mindən artıq ağac əkilib

Sosial

24 Noyabr 2022 19:46 394


Son dörd gündə meşə fondu torpaqlarında 100 mindən artıq ağac əkilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 24-də ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Yevlax, Ağdaş, Zərdab rayonlarında, nazir müavini Vüqar Kərimovun iştirakı ilə Şabran rayonunda aparılıb. Ümumilikdə 12 hektar meşə fondu torpağında 18 500 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib.

ETSN-in mətbuat katibi İradə İbrahimova deyib ki, nazirliyin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün meşəbərpa tədbirləri, eyni zamanda Şəki, Qəbələ, Şamaxı, Quba, Ağcabədi, Bərdə, Sabirabad, Lənkəran, Masallı, Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində həyata keçirilib: “Beləliklə, gün ərzində ümumilikdə 42 hektar sahədə 32 500 müxtəlif növ ağac tingi əkilib, 2100 kiloqram toxum səpilib”.

Onunsözlərinə görə, payız əkin planına uyğun olaraq son dörd gün ərzində meşə fondu torpaqlarında 105 000 ağac əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!