“Ola bilər ki, bu il arzusunda olduğunuz nələrisə reallaşdıra bilmədiniz. Alınmadı, düzəlmədi. Ya da ki, belə məsləhət oldu. Axı bilmirik, arzularımız bizi hara apara bilər? Bəlkə elə o arzu həyata keçsə, axırı uçurumdur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri "Instagram"da aparıcı Leyla Quliyeva qeyd edib.
O, 2022 ilə bağlı fikirlərini izləyiciləri ilə bölüşüb: pizza hut
“Hər halda yuxarıdan xəritə həmişə daha yaxşı görünür. Alınanlara görə şükür edəndə, alınmayanlara görə də edək. Şəxsən mən 2022-yə minnətdaram! Geriyə baxıb, hadisələri xatırlayıb, bu ili oynaya-oynaya yola salmaq istədim. Yeni ilə, yeni günlərə tam döyüş hazırlığı ilə gedirəm! Hamınıza da sağlamlıq, xoşbəxtlik, maddi və mənəvi məmnuniyyət, bir də sevgi arzu edirəm”.
Telegram kanalımız