“Sonuncu danışığımızda halallıq aldım“ - Xuraman Tünzalədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Sonuncu danışığımızda halallıq aldım“ - Xuraman Tünzalədən danışdı

Şou

23 Yanvar 2023 13:07 822


"Sonuncu danışığımızda halallıq aldım". 

Yenisabah.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Tünzalə Əliyevanın vida mərasimində iştirak edən sənət dostu Xuraman Əlizadə deyib. O bildirib ki, aktrisanın sonuncu dəfə mesajına cavab yazmayıb: 

"Serialdan öncə rəfiqə idik. Gözəl insan, mükəmməl sənətkar idi. Ağır itkidir. Zəhranı düşünürəm. Biz uşaqlarımızı bir gəzdirirdik. Əli ilə Zəhra dost idi. Əli çox pis oldu. Həmişə deyirdi ki, uşaqların toyunda qırmızı geyinib oynuyarıq. Qismət olmadı. Çox güclü idi. Son sözü o oldu ki, yaşamaq istəyirəm. Sonuncu dəfə yazdı ki, bəlkə xətrivə dəymişəm. Cavab yazmadım. Bir-iki gündən sonra yazdım. Dedi yaxşı deyiləm. Sanki halallıq alırdı".  Pepperoni pizza

Xuraman Əlizadə Tünzalənin mədəkiçiltmə əməliyyatının onun xəstəliyində mühüm rol oynadığını vurğulayıb: 

"Mədəkiçiltmənin böyük rolu oldu. Mənim gözümdə həmişə toppuşdu. Həmişə də elə qalacaq. Heyif səndən toppuşum. Bir dəfə sual verdim ki, bilsəydin bu xəstəliyə yaxalanacan mədəkiçiltmə əməliyyatı edərdin? Dedi ki, bəli". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!