SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?

saytların hazırlanması

Evə çatdırılma

SORĞU! Azərbaycanda normal yaşamaq üçün nə qədər pul lazımdır?

Sosial

25 Noyabr 2021 10:32 5758


Elektrik və qazın qiymətlərinin qalxması, ərzağın bahalaşması və bunların müqabilində vətəndaşların gəlirlərinin stabil qalması ortaya suallar çıxarır. Bəlli olur ki, insanlar ya aylıq qazandıqları pulu maksimum qənaətlə xərcləməli, ya da əlavə gəlir yeri tapmalıdır ki, yaranan fərqi aradan qaldırsın.

“Yeni Sabah” öz oxucuları arasında “Azərbaycanda normal yaşamaq üçün 4 nəfərlik ailəyə ayda nə qədər pul lazımdır?” sualı ilə sorğu keçirir. İndi ölkəmizdə ailələrin gəlirlərini ən müxtəliff rəqəmlərlə ifadə etmək mümkündür. Bu rəqəm əksər halda manatla 4 rəqəmli ədədə keçmir. Yəni 1000 manatın altında olur. 

Yaşayış minimunun 175 manat olduğunu nəzərə alsaq, 4 nəfərlik ailə üçün ən azı 700 manat lazımdır.  4 nəfərin yaşayış təminatını 700 manatla qarşılamaq isə o qədər də asan görünmür. Bəs oxucularımız nə düşünür? Azərbaycanda normal yaşamaq üçün 4 nəfərlik ailəyə ayda nə qədər pul lazımdır? pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • SAHBAZELİYEV
    Ən azı iki min. O da orta keyfiyyətli ərzaqların alınmasına güclə çatar.
    4 years ago
  • Nicat
    Salam hamını salamlayıram kaminal 250 manat tutur ən azı işiq qalxıb qiymət qazın limiti ən azı 3500 kub olmalı idi onda heckəz danışmazdı su qalxıb benzin qalxıb fəhlənin qiyməti qalxmır kazıb ölməlidir kasıbın uşaqları oxumamalıdır hə haziriliq uşaqların 250 manat ən azı tutu gəl dolan da praduk qiyməti qaldırılar ancaq kimə necə sərfti belə dər olar
    4 years ago
  • Üıvi
    Baxır ailədə yaşayanların sayına.Mən 5nəfərlik ailə üçün nəzərdə tuturam
    4 years ago
  • Elnur
    İndiki halda 2000-2500manat,qiymətlər qalxarsa...
    4 years ago
  • Aydin Memmedov
    Normal ancaq 1200 1500 azn arasi indiki qiymetlerle .
    4 years ago
  • RAHİM
    AZƏRBAYCANIN MİLLİ MƏCLİSİ BİZNESMEN MƏCLİSİ OLANDAN BƏRİ XALQIN VƏZİYYƏTİ GÜNÜ- GÜNDƏN PİSLƏŞİR. HALBUKİ SAHİBKARLAR MM ÜZVÜ OLMAMALIDIRLAR PENSİYA ÇOX AŞAĞIDIR QA, İŞIQ LİMİTLƏRİ LƏĞV EDİLMƏLİDİR.
    4 years ago