Sosial media fenomeni canlı yayım zamanı güllələnərək öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Sosial media fenomeni canlı yayım zamanı güllələnərək öldürüldü

Hadisə

06 Avqust 2026 09:34 104


Meksikada məşhur sosial media fenomeni canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, TikTok-da təxminən 600 min izləyicisi olan, komediya videoları ilə tanınan Sezar Qastelum (Cesar Gastelum) Sinaloa ştatının Kuliyakan şəhərində yerləşən fast-food restoranının qarşısında iki dostu ilə birlikdə canlı yayım edərkən hücuma məruz qalıb.

Məlumata görə, hər üç şəxs yemək çatdırılması xidməti əməkdaşlarının geyindiyi narıncı gödəkçə və bel çantaları ilə görüntülənib. Bu zaman motosikletlə hadisə yerinə gələn iki nəfərdən biri silahını çıxararaq Qasteluma yaxın məsafədən atəş açıb. Dominos pizza

Sinaloa ştatının təhlükəsizlik rəsmisi fenomenin öldüyünü təsdiqləyib və hadisə ilə bağlı genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.

Bildirilib ki, bu qətl Sinaloa kartelinin qruplaşmaları arasında nəzarət uğrunda davam edən qanlı qarşıdurmalar fonunda baş verən son hadisələrdən biridir.

Meksika Təhlükəsizlik Kabineti X sosial şəbəkəsində yaydığı açıqlamada Qastelumun cinayətkar qruplaşmalarla əlaqələndirilən bəzi paylaşımlarının araşdırıldığını bildirib. Qeyd olunub ki, hadisənin bütün təfərrüatları, o cümlədən müşahidə kameralarının görüntüləri və digər sübutlar təhlil edilir.

Meksika Prezidenti Klaudiya Şeynbaum (Claudia Sheinbaum) da hüquq-mühafizə orqanlarının cinayəti araşdırdığını və qatilin, eləcə də mümkün sifarişçilərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün iş aparıldığını deyib.

Yerli KİV-in məlumatına əsasən, Sinaloa kartelinin iki qanadı arasında 2024-cü ilin sentyabrından bəri davam edən silahlı toqquşmalar nəticəsində təkcə Kuliyakan şəhərində azı 12 sosial media kontent istehsalçısı öldürülüb.

 Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!