Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Sosial

17 Mart 2026 15:36 4208


Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq.

“Yeni Sabah”ın Milli.Az-a istinadla məlumatına görə, yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək.

Yeniliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, eləcə də dəfn üçün birdəfəlik müavinət artıq proaktiv qaydada təyin ediləcək. Dominos pizza

Bu o deməkdir ki, vətəndaşların hər hansı quruma müraciət etməsinə, növbə gözləməsinə və ya sənəd toplamasına ehtiyac qalmayacaq. Bütün proseslər rəqəmsal şəkildə həyata keçiriləcək.

Müvafiq hal baş verdikdə, vətəndaşa təyinatla bağlı SMS bildirişi və ya "E-sosial" proqramında bildirişlə bölməsində məlumat göndəriləcək.

Beləliklə, vətəndaşlar əlavə vaxt və səy sərf etmədən, heç bir çətinlik yaşamadan bütün prosesi öz şəxsi kabinetləri üzərindən rahat şəkildə izləyə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!